Tribuna İnformasiya Agentliyi

Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi – VİDEO

26 Sentyabr

Çində avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulmuş dünyanın ən uzun körpüsünün tikintisi başa çatıb.

Bu barədə Çin Dəmiryolu İnşaatı Korporasiyası məlumat verib.

Fuçjou şəhərini Pintan mahalı ilə birləşdirən körpünün uzunluğu 16,34 kilometr təşkil edir.

Tikintisinə hələ 2013-cü ilin noyabrında başlanılan körpünün 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.