Tribuna İnformasiya Agentliyi

Dünyanın ən şanslı adamı: 2 ildə 2 dəfə milyon avro uddu

07 İyun
Fransada 2016-cı ildə lotereyadan 1 milyon avro qazanan şəxs yenidən qalib olub.
Qaynarinfo xəbər verir ki, 2 il əvvəl qalib olandan sonra hər həftə “Mənim milyonum” adlı lotereyada iştirak etməyə davam edən şəxs yenidən 1 milyon avroya sahib çıxıb.
Fransız mediasına görə, həmin şəxs “Hamının 3 dəfə qalib olmaq haqqı var” deyərək lotereyada oynamağa davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, ötən ay Avstraliyada da oxşar hadisə baş vermiş, eyni şəxs 1 həftədə 2 dəfə 1 milyon dollara sahib çıxmışdı.