Tribuna İnformasiya Agentliyi

Dünyanın ən qısa uçuşları – Cəmi 75 saniyə

20 İyul
Bəzi ölkələr arasındakı təyyarə reysləri 17-19 saat davam etsə də, elə yerlər də var ki, təyyarə 75 saniyəyə bir məntəqədən digər məntəqəyə çatır.
Bəzi ölkələrdə iki şəhər və ya kənd arasında 75 saniyəlik və bir neçə dəqiqəlik uçuşlar həyata keçirilir.
Belə qısa məsafələrin təyyarə ilə gedilməsinin səbəbi isə coğrafi şəraitlə bağlıdır. Belə ki, bəzi yerlər arasında çətin şəraitli keçilməz dağlar, şəlalər, çaylar və s. olduğu üçün nəqliyyat və gəmi ilə getmək əlverişsizdir. Ona görə də yerli əhalinin rahat hərəkətini təmin etmək üçün alternativ nəqliyyat olaraq təyyarə uçuşları həyata keçirilir. Bilet qiymətləri isə çox aşağı olur.(Qafqazinfo)