Tribuna İnformasiya Agentliyi

Dünyanın ən qədim rəngi tapıldı – MARAQLI KƏŞF

11 İyul
Avstraliyada elmi işlə məşğul olan türk tələbə 1,1 milyard il əvvələ aid olan dünyanın ən qədim rəngini tapıb.
Moderator.az xəbər verir ki, Avstraliyadakı insanlar türk gəncin uğurlarından danışır və elm dünyası həyacan içindədir.
Avstraliya Milli Universitetində doktoranturada təhsil alan tələbə Nur Güneli təcrübə üçün qayaların bir qisminə üzvi maddə vuraraq bakteriyaları təhlil etmək istəyib.
Toz halına gələn qayaları təhlil edən gənc bakteriyalardan qalma rəng piqmentləri tapıb və tarixin ən qədim rənginin çəhrayı olduğu ortaya çıxıb.