Tribuna İnformasiya Agentliyi

Dünyanın ən ölümcül sərhədinin adı açıqlanıb

22 Fevral

İtaliyanın Katolik kilsəsinə bağlı olan və köç sahəsində çalışan “Migrantes” qurumu dünyanın ən ölümcül sərhədinin Aralıq dənizi olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2017-cı ildə Aralıq Dənizini keçərək Avropaya qaçmağa çalışan miqrantların sayı 363 mindən 171 minə enib. Buna baxmayarq, onların ölüm sayları artıb. Belə ki,  2016-cı ildə hər 100 nəfərdən 1-i ölürdüsə, 2017-ci ildə isə bu rəqəm 2 dəfə artıb.