Tribuna İnformasiya Agentliyi

Dünyanın ən nadir quşu aşkarlanıb – VİDEO

29 Dekabr

Braziliyanın tropik meşələrində Ştrezemann topakolosu – planetin ən nadir quşlarından biri aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Science Alert” məlumat yayıb.

Ornitoloqlar dekabr ayında dimdiyi üzərində özünəməxsus kəkili olan quşu iki dəfə müşahidə edib. Bu həmin quşun nəslinin kəsilməsinin qarşısının alınacağına yeni ümidlər yaradır. Hazırda Yer üzündə olan topakoloların  populyasiyası barmaqla sayılacaq qədərdir.

İddiaya görə, Amerika Quşların Qorunması Təşkilatının  aşkarladığı topakolo bu növdən olan sonuncu dişidir.