Tribuna İnformasiya Agentliyi

Dünyanın ən nəhəng aeroportu açıldı – VİDEO

25 Sentyabr

Dünyanın yeni ən nəhəng aeroportu Pekində açılıb.

Dasin aeroportu artıq ilk reyslərini qəbul etməyə başlayıb.

Qeyd edilib ki, layihə Çin mülki aviasiya tarixinin ən bahalı yatırımıdır. Aeroportun tikintisinə 80 milyard yuan (19,1 milyard AZN – red.) xərclənib.

Yaxın illərdə aeroport vasitəsilə illik 45 milyon sərnişinin daşınması gözlənilir. 2025-ci ildə bu rəqəmin 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması planlaşdırılır.