Tribuna İnformasiya Agentliyi

Dünyanın ən innovativ universitetlərinin adı açıqlandı

11 Oktyabr
Dünyanın ən innovativ 100 universitetinin adı açıqlanıb.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, siyahı təhsil müəssisələrinin elm, texnologiya və s. sahələrdəki fəaliyyətlərinə görə tərtib edilib. Dünyanın ən innovativ təhsil müəssisəsi statusuna ABŞ-ın Stanford Universiteti layiq görülüb. Universitet son dövrlərdə süni intellekt, yeni nəsil kamera sistemləri, sürücüsüz avtomobillər, yeni dərmanların insanlara təsirini təxmin edən simulyatorlar kimi vacib sahələrdə uğurlu tədqiqatlar həyata keçirib.
ABŞ universitetlərinin dominantlıq etdiyi siyahıda növbəti yerlərdə Massaçusets Texnologiya İnstitutu, Harvard Universiteti, Pensilvaniya Universiteti və Vaşinqton Universiteti qərarlaşıb.