Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq – Fotobackend
Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq – Foto

Finlandiyada Sosial Demokrat Partiyasının li deri seçilən 34 yaşlı Sanna Marin dünyanın ən gənc baş naziri olub. Şimali Avropada yerləşən Finlandiyada dövlət idarəçiliyinin qadınlara həvalə edilməsi tendensiyası güclənib.

Bizimyol.info xəbər verir ki, belə gənc yaşda baş nazir postuna gələn ilk qadın olan Marin buna qədər nəqliyyat və rabitə naziri postunu tutub. Daha əvvəl – 27 yaşında olarkən Sanna Marin Tampere əyalətinin meri seçilmişdi.

Ötən həftə ölkədə yer alan siyasi böhranın ardından Anti Rinne həm baş nazir, həm də Sosial Demokrat Partiyasının lideri vəzifələrindən istefa vermişdi. Ardından keçirilən səsvermə nəticəsində Marin həm partiya sədri, həm də baş nazir postuna seçilib. Onun bu həftə and içərək işə başlayacağı bildirilib. Artıq dekabrın 12-də Marinin Avropa Birliyi sammitində Finlandiyanı təmsil edəcəyi gözlənilir. Hazırda quruma məhz Finlandiya sədrlik edir.

Sanna Marin Sanna Marin

Sanna Marinin quracağı hökumətdə qadınların çoxluq təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Marin belə gənc yaşlarında baş nazir olan ilk siyasətçi deyil. Daha əvvəl 35 yaşında Oleksey Qonçaruk Ukraynanın və elə həmin yaşda Cakinda Ardern Yeni Zelandiyanın baş naziri olmuşdu.