backend

Dünyanı heyrətləndirən azərbaycanlı ovçu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı peşəkar ovçu, məşhur Babanlılar nəslinin nümayəndəsi Faiq Babanlının YouTube videohostinqində yerləşdirilmiş Amazon cəngəlliyində ov etməsindən bəhs edən “Peru” sənədli filmi izləyənləri heyrətə gətirir.
 Azərbaycanlı peşəkar ovçu, məşhur Babanlılar nəslinin nümayəndəsi Faiq Babanlının YouTube videohostinqində yerləşdirilmiş Amazon cəngəlliyində ov etməsindən bəhs edən “Peru” sənədli filmi izləyənləri heyrətə gətirir. Dünyanın ən reytinqli ovçularının siyahısında yer alan F.Babanlının 37 dəqiqəlik videoda Amazon cəngəlliklərində yaşadığı adrenalin, vəhşi heyvanlar ovlaması əks olunub. Qeyd edək ki, F.Babanlı 1977-ci ilin yanvarında Qazax rayonunda anadan olub. Ali təhsillidir. Uzun müddət güləş və qaydasız döyüşlə məşğul olub, beynəlxalq turnirlərin qalibidir. Dünyanın 73 ölkəsində olub. Amazon cəngəlliklərindən başqa Afrikada, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Boliviyada, Argentinada, Paraqvayda, Kamçatkada və dünyanın digər təhlükəli ərazilərində ov edib. Məşhur ovçu, həmçinin, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra dağları kimi ucqar yerlərdə olub. Ovçunun Amazon macərasından bəhs edən filmi təqdim edirik.