Dünyada uşaqların istismarı – şok araşdırmabackend

Dünyada uşaqların istismarı – şok araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pedofillər daha çox ingilislər arasından çıxır, İsveçrədə hər il 11 min uşaq bu sayaq şiddətə məruz qalır 

Bugünlərdə Azərbaycanda qaçırılaraq öldürülən 10 yaşlı qızla bağlı dəhşətli hadisə müzakirə olunur. Amma bu sayaq bəla son illərdə dünyada olduqca geniş yayılıb. Dünyanın əksər ölkələrində uşaq istismarı, uşaqlara qarşı cinsi zorakılıq, cinsi istismar faktları artan xətt üzrə inkişaf edir. “Yeni Müsavat” faktın aktuallığını nəzərə alaraq, dünyada uşaqlara qarşı zorakılıq faktlarının statistikası və bu durumdan çıxış yollarını araşdırıb.

Fiziki məhdudiyyətli uşaqlar sağlam həmyaşıdlarından 4 dəfə artıq istismar edilir

Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə yayımladığı “Uşaqlara yönəlmiş pis münasibət” başlıqlı sənəddə dünya miqyasında hər dörd uşaqdan birinin fiziki şiddətə məruz qaldığı qeyd edilib. Sənədə əsasən, dünya miqyasındakı uşaqların yüzdə 23-nün sarsılma, döyülmə və döyülməyi özündə əks etdirən fiziki şiddətə məruz qaldığı qeyd edilib. Bundan başqa, uşaqların yüzdə 36-sının təhdid, danlanma, aşağılanma və təzyiq tətbiq olunma kimi emosional şiddətə məruz qaldığı qeyd edilib.

Fiziki məhdudiyyətli uşaqların bu cür istismar və səhlənkarlıqlara məruz qalma faizi fiziki məhdudiyyəti olmayan uşaqlarla müqayisədə 4 dəfə artıqdır. Bunun əks olunduğu sənəddə bu istismara məruz qalan insanların irəliləyən illərdə depressiya, asılılıq və şiddətə meyllilik kimi problemlər yaşaması da əldə edilən nəticələr sırasındadır.

10 uşaqdan 9-nu yaxın adam cinsi istismar edib

Birləşmiş Millətlər Uşaqlara Yardım Fondunun da həmin il hazırladığı “Tanış bir üz: uşaqların və gənclərin həyatlarında şiddət” başlıqlı araşdırma da milyonlarla gənc və uşağın fiziki şiddət və cinsi istismara məruz qaldığını sübut edib.

Uşaqların yaşadığı müxtəlif növlü istismar faktlarının yer aldığı sənədə görə, aşağı və orta gəlirli 38 ölkədə 17 milyon, 28 Avropa ölkəsində 2.5 milyon qadın 15 yaşından əvvəl cinsi istismar və cinsi şiddətə məruz qalıb.

UNICEF-in araşdırmasında 28 ölkədən əldə edilən faktlardan istifadə edilib. Cinsi münasibətə məcbur edilən 10 qız uşağından 9-nu buna yaxın adamları, tanıdıqları məcbur edib. Bir çox ölkə üçün problem olan, uşaqlara yönəlmiş cinsi istismar sıralamasında Türkiyə üst sıralarda yer alır.  Siyahıdakı ən yuxarı yerlərdən birində isə Avstraliya yer alır. Hər il Avstraliyada 50 minə yaxın uşaq istismarı hadisəsi baş verir.

uşaq istismarı ile ilgili görsel sonucu

İsveçrə də uşaq istismarında üst sıralarda yer alan ölkələrdəndir. 9.5 milyonluq əhalisinə baxmayaraq, ölkədə hər il 11 minə yaxın uşağın istismarı hadisəsi baş verir.

Hər 200 ingilisdən biri pedofilliyə meyllidir

Əfqanıstanda hər il 18 mindən yuxarı uşaq istismarı hadisəsi baş verir. Hər 200 ingilisdən biri pedofilliyə meyllidir. İngiltərədə hər il 16 mindən yuxarı uşaq istismarı, səhlənkarlıq və şiddət hadisələri baş verir.

Rusiyada hər il 10 minə yaxın uşaq istismarı hadisəsi baş verir. Spirtli içkinin səbəb olduğu problemlərə görə uşaqlar şiddətə mərz qalır, yetimxanalarda uşaqlara şiddət tətbiq olunur və cinsi istismarla üzləşirlər.

Uşaq istismarlarının dünyada ən çox yaşandığı ölkə olan Zimbabvedə hər il 30.000 uşaq istismarı baş verir. Yaşanan uşaq istismarı hadisələrində əsasən uşaq evlilikləri, təcavüzlər və uşaq işçiliyi qarşımıza çıxır.

Botsvana Afrikanın cənubunda yer alan kiçik bir ölkədir. Dünyanın ən pis səhiyyə sistemlərindən birinin bu ölkədə olduğu deyilir. Uşaq istismarında da çox pis durumda olan ölkədə uşaqlara qarşı tətbiq olunan şiddət və yaşanan təcavüz hadisələri hər il artmaqdadır. Bu məsələ ilə bağlı hər il məhkəmədə 10.000-ə yaxın iş aparılır.

2001 və 2018-ci illər arasında Hindistandakı uşaq istismarı faizləri çılğıncasına artdı. Bundan öncə uşaq istismarının dayandırılması üçün 2000-ə yaxın məhkəmə işi var idisə, hazırda bu rəqəm 7500-ü keçməkdədir. Ölkənin ən böyük problemləri uşaq istismarı, təcavüz və cinayətlər.

Uşaq istismarı bəzi ölkələrdə ört-basdır edilir

Təxminlərə görə Cənubi Afrikada hər il uşaqlara yönəlmiş cinsi istismar faktı ilə bağlı 3000-ə yaxın məhkəmə keçirilir. Amma bu rəqəmdən dəfələrlə çox sayda uşaq ölkədə cinsi istismarın qurbanı olur.

Hər il 90 mindən artıq təcavüz hadisəsinin yaşandığı İngiltərə də uşaq istismarı siyahısında üst sıralarda yer alır. Ölkədə hər il təxminən 3 min 15 yaşından kiçik uşaq istismara məruz qalır. Bundan başqa, uşaq istismarına yönəlmiş məhsulların istehsal edildiyi ölkələrin başında Hollandiya, ikinci sırada isə İngiltərə dayanır.

uşaq istismarı ile ilgili görsel sonucu

Uşaq istismarı bəzi ölkələrdə ört-basdır edildiyi üçün obyektiv bir araşdırmadan danışmaq çətindir. Amma əldə edilən rəsmi rəqəmlər  əsasında mənzərə aşağıdakı kimidir:

Danimarka: 52 faiz

Finlandiya:  47 faiz

İsveç: 46 faiz

Hollandiya: 45 faiz

Fransa: 44 faiz

İngiltərə: 44 faiz

Litva: 39 faiz

Lüksemburq: 38 faiz

Belçika: 36 faiz

Türkiyə: 36 faiz

Almaniya: 35 faiz

Slovakiya: 34 faiz

Estoniya:  33 faiz

Çexiya Cümhuriyyəti: 32 faiz

Litva: 31 faiz

Rumıniya: 30 faiz

Bolqarıstan: 28 faiz

Macarıstan: 28 faiz

İtaliya: 27 faiz

İrlandiya: 26 faiz

Yunanıstan: 25 faiz

Portqaliya: 24 faiz

Sloveniya: 22 faiz

Malta: 22 faiz

Kipr: 22 faiz

İspaniya: 22 faiz

Xorvatiya: 21 faiz

Avstriya: 20 faiz

Polşa: 19 faiz

uşaq istismarı ile ilgili görsel sonucu

Dünya miqyasında illik rəqəmlərlə qarşılaşdırma aparıldığı zaman ortaya çıxan tablo belədir:

Avstraliya: 50 min

Zimbabve: 30 min

ABŞ: 20 min

Əfqanıstan: 18 min

İngiltərə: 16 min

Rusiya: 10 min

Botsvana: 10 min

Hindistan: 7500

Banqladeş: 3200

Cənubi Afrika: 3000

Pakistan: 2500

uşaq istismarı ile ilgili görsel sonucu

Valideynlər bütün bunları bilməlidir

Türk Psixoloqlar Cəmiyyəti İstanbul şöbəsinin rəhbəri professor Aslı Çarkoğlu BBC Türkcəyə müsahibəsində təcavüzə məruz qalan uşaqlarla bağlı suallara aydınlıq gətirib. O bildirib ki, uşaqlara qarşı seksual qısnama və təcavüz adətən onların tanıdıqları və inandıqları insanlar tərəfindən törədilir. Psixoloq deyib ki, uşaqlara, onlara istəmədikləri bir şəkildə toxunulduğu vaxtlarda “yox” deyə bilmək qabiliyyəti aşılanmalıdır.

Uşaqlar dil açmağa başlayarkən onlara göz, qulaq, burun kimi “məhrəm yerlərin” də adları öyrədilməlidir. “Özəl orqanlara” qondarma və düzəltmə adların verilməsi düzgün deyildir, çünki bu, uşaqların yardım istədikləri vaxt başqaları ilə ünsiyyətlərində çətinlik yarada bilər. Qondarma adlarla danışan uşağı müəllimləri və ya polis başa düşməyə bilər. Uşaqlara onlarda başqalarında da olduğu kimi “müəyyən orqanların” olduğu, onların adları və onlara kimlərin toxuna biləcəyi barədə dəqiq məlumat verilməlidir. Keçək digər suallara və onların cavablarına.

Cinsi təcavüzə uğrayan uşaqlarda fiziki əlamətlər necə olur?

Cinsi orqan və ya ağız nahiyəsində ağrılar, dəri rənginin dəyişməsi və qanamalar

Ayaqyoluna getdikləri zaman dəfələrlə təkrarlanan ağrı

Səbəbsiz yerə özünü islatma.

Uşaqları neçə yaşından maarifləndirmək olar? Onlara nələr söylənməlidir?

Bu iş mümkün qədər erkən görülməlidir, çünki uşaqlar bütün yaşlarda cinsi təcavüzə məruz qala bilərlər. Uşaqlar dil açmağa və istədiklərini anlatmağa başladıqları 2 yaşlarında onlara bədən orqanlarının adları öyrədilməlidir. Tanımadıqları və etibar etmədikləri insanların onlara toxunduqları vaxt “yox” demələrinin vacibliyi onlara izah edilməlidir. Məsələn, “Səninlə bədəninin salamatlığı haqqında danışmaq istəyirəm. Hamımızda olduğu kimi sənin də bədənində xüsusi yerlər var. Bu yerlərini insanlar həmişə örtürlər. Sənin bu yerlərinə tanımadığın bir kəs toxunarsa, ona ”yox” deməlisən. Bəzi böyüklər, bəzən hətta tanıdığın böyüklər də sənin bu yerlərinə toxunub səni narahat edə bilərlər. Belə vaxtlarda “yox, mənə əl vurma” deməlisən. Sonra da bunu mənə və ya inandığın böyüklərdən birinə söyləməlisən. Belə olsa biz səni qoruyarıq və həmin adama özünü düz aparmadığını başa sala bilərik”.

Burada çox vacibdir ki, uşaq ona toxunulduğuna görə kiminsə mütləq cəzalandırılacağına inanmasın. Çünki təəssüf ki, uşaqların seksual qısnanmasının mənbəyi çox vaxt onların tanıdıqları və ya inandıqları şəxslər olur. Uşaqlar bu adamlara cəza verilməsindən qorxub çəkinə bilərlər. Cinsi qısnamaya məruz qalan uşaqlarda emosional əlamətlər hansılardır?

Gecələr yuxuya getmək problemi, vahimələr

İfrat höcətlilik

Bəzi yer və bəzi insanlardan qorxu

Özünə qəsd davranışları

Evdən və ya məktəbdən qaçış.

Uşağın seksual qısnama və ya təcavüzə məruz qaldığı barədə onun hansı davranışları və fiziki xüsusiyyətləri siqnal sayıla bilər?

Aşağıda sadalananlar əgər ailədə başqa hadisələr (xəstəlik, ailə problemləri, boşanma, köçmə, ölüm və sair) baş vermirsə, narahatlığa səbəb olmalıdır:

Uşağın normal halından fərqli olaraq özünə qapanması və fikirli olması

Gecələr yatmaq problemi, vahimələr

Yaşına uyğun olmayan hərəkətlərə yol verməsi (məsələn, tualetdən istifadəni bacardığı halda yatağı islatması)

İfrat inadkarlıq

Bəzi yer və insanlardan qorxma/çəkinmə

Yeməkdə fərqlər (həmişə olduğundan az və ya çox yemək)

Cinsi orqanlar barədə qəflətən yaranmış və yaşına uyğun olmayan yeni biliklər (argo sözlər)

Oyuncaqları ilə oynayarkən yaşına uyğun olmayan bir tərzdə hərəkətlərə yol verməsi

Özünə ziyan vermə davranışları (saçını yolmaq və sair)

Evdən/məktəbdən qaçma

Cinsiyyət nahiyəsində, anus və ya ağız nahiyəsində ağrı, üz rəngindəki dəyişiklik və ya qanama

Ayaqyolu zamanı (bir dəfədən çox olmaqla) ağrılar

Aşkar səbəb olmadan özünü islatması.

Valideynlər uşaqlarının cinsi qısnama və ya təcavüzə məruz qaldıqlarından şübhələndikdə nə etməlidirlər?

İlk növbədə uşaqlarla onları həyəcanlandırmadan və qorxutmadan sakit və təmkinli bir şəkildə söhbət edilə bilər. Onlara son günlərdə kiminsə xoşlarına gəlməyəcək bir tərzdə toxunub-toxunmadıqları, istəmədikləri bir şeyi etməyə məcbur edilib-edilmədikləri sakit şəkildə soruşula bilər. Əgər belə bir söhbəti özünüzün apara bilməyəcəyinizi hiss edirsinizsə, bir psixiatr və ya psixoloqun yardımına müraciət edilməlidir. Uşağın ilk dəfə verdiyi ifadəyə xüsusilə diqqətlə yanaşılmalıdır:

Uşaq sakit bir tərzdə, hay-küysüz və təlaşsız, əsəbsiz dinlənilməlidir.

Uşağa inanılmalı, uşaq başına gələnlərin onun günahı olmadığına inandırılmalıdır. Bu cür hadisələr barədə danışmaq uşaq üçün çox çətin ola bilər. Uşaqlar aşağıdakılardan qorxub çəkinə bilərlər:

Təcavüzçünün onlara pislik edəcəyindən

Valideynlərin əsəbiləşəcəyindən

Ailələrinin dağılacağından (ələxüsus da təcavüzkar ailə üzvüsürsə)

Ailələrindən alına biləcəklərindən.

Uşaqlar təkrarən təcavüzə məruz qala biləcəkləri ehtimalından qorunmadırlar.

Burada ədliyyə rəsmiləri ilə əlaqə yaradılması zərurudir.

Uşağın mümkün tibbi problemləri ilə bağlı tibbi yardım alınarkən, bir psixoloqdan uşağın ruhi durumu barədə öyrənilməlidir.

Məqalədə deyilir ki, unudulmaması zəruri olan başqa bir məqam da var. Hadisələri ört-basdır etməklə və uşaqların bunları unudaraq üstün gələcəyini gözləmək böyük səhvdir. Susmaq və susdurmaq yaraları dərinləşdirə bilər. Belə hallarda söhbətin yaxşılaşdırıcı xüsusiyyətə malik olduğu və psixoterapevtin sağlamlaşdırmanı sürətləndirdiyi unudulmamalıdır.

Hadisənin ətraf tərəfindən bilinməsi halında baş verə biləcək hüquqi proseslər barədə uşaqlara məlumat verilməlidir. Bütün mümkün prosesin uşağa əvvəlcədən izah edilməsi uşağın bu prosesdən daha asan aşmasına yalnız kömək edir.

Uşaq ailəsi tərəfindən sevilməkdə davam etdiyinə, başına gələnlərin onun təqsiri olmadığına əmin edilməlidir.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”