Dünyada son sutkada koronavirusa 870 mindən çox yoluxma qeydə alınıbbackend

Dünyada son sutkada koronavirusa 870 mindən çox yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada son sutka ərzində 870 405 nəfər koronavirusa yoluxub, 14 661 nəfər ölüb.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 150 989 419 yoluxma hadisəsi, 3 173 576 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 48 faizi Cənub-Şərqi Asiyanın (419 456) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (219 805) ilə Avropa (155 791)  bölüşür.