Dünyada öldürücü virus yayılıb: Əlamətləri bunlardırbackend

Dünyada öldürücü virus yayılıb: Əlamətləri bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meymunçiçəyi və koronavirus bitmədən pomidor qripi ortaya çıxıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, dünya Covid-19 və meymunçiçəyi epidemiyaları ilə mübarizə apararkən, Hindistanda yeni epidemiya ilə bağlı xəbərdarlıq edilib.
Məlum olub ki, ilk dəfə bu ilin may ayında aşkarlanan və 5 yaşa qədər 82 uşağı xəstələndirən pomidor qripinin ən bariz 5 əlaməti dəridə iri qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, bədən ağrıları və şiddətli oynaq ağrılarıdır.
Mütəxəssislər hələ peyvəndi və müalicəsi olmayan virusa qarşı ən təsirli müalicənin bol maye qəbul etmək və istirahət etmək olduğunu vurğulayırlar.