DÜNYADA NEFT QALXMAYIB, Aİ-95 BENZİN NİYƏ BAHALAŞIR? – İQTİSADÇIbackend

DÜNYADA NEFT QALXMAYIB, Aİ-95 BENZİN NİYƏ BAHALAŞIR? – İQTİSADÇI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb” . TİA.Az məlumat verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə bölüşüb. Onun fikrincə, problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar: ” Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir.

Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik, SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir.
Özü də hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır. Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardlr, SOCAR isə bu gün deyir ki, dünyada qiymət artlb deyə, bizdə də qalxır – yenə yalan danışırlar”.

TİA.Az