Dünyada koronavirusun daha bir ştammı aşkarlandıbackend

Dünyada koronavirusun daha bir ştammı aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənubunda koronavirusun yeni ştammı aşkarlanıb.

TİA.AZ  xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzetinin elektron versiyası məlumat yayıb.

Nəşr qeyd edib ki, naməlum ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb. Mütəxəssislər virusun bu ştammının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.

Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştammın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.Fransanın cənubunda yeni mutasiyanın aşkar edilməsi ilə bağlı məlumat bazar ertəsi axşam ən böyük almandilli mediada da yayılıb.

Qeyd edək ki, alimlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tanınmış mütəxəssisləri koronavirusun yeni mutasiyalarının aşkarlanacağı barədə xəbərdarlıq edirdilər.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.