Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdübackend

Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 001 933 nəfərə çatıb.

TİA.AZ xəbər verir ki, ən çox sağalma İspaniya (132 929), ABŞ (120 720) və Almaniyada (120 400) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 228 251-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 3 221 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az