Dünyada koronavirusdan ölənlərin sayı 460 mini ötdübackend

Dünyada koronavirusdan ölənlərin sayı 460 mini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 460 691 pasiyent təşkil edir.

TİA.AZ xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.

Bundan başqa, dünyada pandemiya ərzində 8 702 585 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 4 592 225 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 54 726 pasiyent ağır vəziyyətdədir.

ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 2 288 941 nəfər yoluxub, 121 289 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 1 009 699 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 48 427 pasiyent vəfat edib.

Şimal qonşumuz Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 596 063 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb.

Siyahıda dördüncü yerdə 395 812 yoluxma ilə Hindistan, beşinci yerdə 301 815 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.