Dünyada koronavirusdan ölənlərin sayı 4 milyona çatırbackend

Dünyada koronavirusdan ölənlərin sayı 4 milyona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bütün vaxtı ərzində dünyada koronavirusa yoluxma ilə bağlı son məlumatları açıqlayıb.

TİA.AZ ÜST-ə istinadən xəbər verir ki, bu müddət ərzində dünyada koronavirusa 182 milyondan çox yoluxma halı qeydə alınıb.

Məlumata görə, COVID-19-a ümumilikdə 182 319 261 yoluxma haqlı təsdiq edilib, koronavirusdan 3 954 324 ölüm qeydə alınıb.

Ötən gün ərzində virusa 361 149 yeni yoluxma aşkarlanıb. Dünyada ən çox yoluxma halı ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.