Dünyada koronavirusdan ölənlərin sayı 175 mini keçdi – Son siyahıbackend

Dünyada koronavirusdan ölənlərin sayı 175 mini keçdi – Son siyahı

Dünyada koronavirus pandemiyasından ölüm halları davam edir.

Musavat.com xəbər verir ki, son saatların göstəricisinə görə ABŞ yenə də öndədir. İndiyə olan göstəriciyə görə ABŞ-da son bir neçə saat ərzində 2 min 109 nəfər ölüb, 16 min 816 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ABŞ-da 809 min 615 nəfər koronavirusa yoluxub, 44 min 623 adam isə bu virusdan ölüb.

Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada son saatlarda 3 min 968 nəfər yoluxma, 430 ölüm qeydə alınıb.

Növbəti sırada yer alan İtlaliyada son saatlarda 2 min 729 yoluxma, 534 ölüm qeydə alınıb.

Fransada son saatlarda 2 min 667 nəfər yoluxub, 531 nəfər ölüb. Almaniyada bir neçə saat içərisində 1109 nəfər yoluxub, 99 nəfər isə ölüb.

Sonrakı sırada İngiltərə yer alıb. Bu ölkədə son saatlarda 4 min 301 yoluxma, 828 ölüm qeydə alınıb.

Azərbaycanla quru sərhəddə olan ölkələrdə də də yoluxma sayı artmaqdadır. Belə ki, hazırda Türkiyədə ümumilikdə 95 min 591 yoluxma var. Qardaş ölkədə bu gün 4 min 611 yeni yoluxma, 119 yeni ölüm faktı qeydə alınıb. Siyahıda 8-ci yerə yüksələn İranda bu gün 1297 nəfər yoluxub, 88 nəfər ölüb. Ümumilikdə bu ölkədə 84 min 802 yoluxma, 5 min 297 ölüm qeydə alınıb. Yoluxmanın ümumi sayına görə İrandan sonra Çin gəlir ki, koronavirusun beşiyi olan bu ölkədə bu gün 11 nəfər yoluxub, ölən isə yoxdur.

Çindən sonrakı sırada yer alan Rusiyada bu gün 5 min 642 nəfər yoluxub, 51 nəfər isə ölüb. Ümumilikdə Rusiyada 52 min 763 nəfər yoluxma, 456 ölüm qeydə alınıb. Gürcüstanda bu gün 6 nəfər yoluxub, ölən yoxdur.

Ümumilikdə son saatlara qədər dünyada 2 milyon 541 min 693 yoluxma, 176 min 404 ölüm qeydə alınıb.

Dünyada 1 milyon 679 min 58 nəfər koronavirus xəstəsi var. Onlardan 57 min 254 nəfərinin vəziyyəti ağırdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki