Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu ötdübackend

Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 90 milyonu ötüb.

TİA.AZ xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, Amerikanın federal və yerli hakimiyyətinin informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, koronavirusun aşkarlandığı insanların ümumi sayı 90 005 787 nəfərə çatıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 22,2 milyon insanda təhlükəli infeksiya aşkarlanıb.

Pandemiya ərzində dünyada 1,93 milyondan çox insan koronavirusdan ölüb, 50 milyona yaxın pasiyent sağalıb.ş

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.