Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdübackend

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 60 min nəfər artıb.

TİA.AZ  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında bildirilib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 570 min nəfəri ötüb. Qeyd edilir ki, xəstəlikdən ölənlərin sayı 26,5 minə çatıb.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Hazırda COVID-19 infeksiyasına ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 110 mindən çox insan virus daşıyıcısıdır. Dünyada koronavirusdan ən çox ölüm isə İtaliyada təsdiq edilib. Avropanın bu ölkəsində 10 mindən çox insan pandemiyanın qurbanı olub.