Dünyada koronavirusa yoluxanların sayı 350 000-i ötübbackend

Dünyada koronavirusa yoluxanların sayı 350 000-i ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirus daşıyıcılarının sayı 350 457 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi Çin (81 093), İtaliya (59 138), ABŞ (35 070), İspaniya (33 089) və Almaniyada (26 220) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 192 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 15 315 nəfərdir. Sağalanların sayı isə 100 354 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.