Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçibbackend

Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçib

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 3,5 milyonu keçərək 81 mindən çox artıb. Təsdiqlənmiş ölümlərin sayı isə 4 minə yaxın artaraq 243 mini keçib.

TİA.AZ-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Bildirilib ki, dünyada 3 517 345 nəfər koronavirusa yoluxub, 243 401 nəfər isə ölüb. Sutka ərzində yoluxanların sayı 81 454, ölənlərin sayı isə 3 797 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb: müvafiq olaraq 1 566 684 və 145 602. 24 saat ərzində orada yoluxanların sayı 22 539, ölənlərin sayı isə 1615 nəfər artıb.

Şimali və Cənubi Amerikada 1 477 447 nəfər koronavirusa yoluxub, 79 590 nəfər ölüb. Bu bölgə sutkada yoluxanların (43 691) və ölüm (1763) hallarının sayına görə Avropanı qabaqlayır.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada 213 376 yoluxma aşkarlanıb, 8115 ölümcül nəticələr qeyd edilib. 24 saat ərzində yoluxanların sayı 7077 nəfər artıb, 144 nəfər isə ölüb. Mayın 5-nə olan vəziyyətə görə, orada 213 376 yoluxma halı aşkarlanıb, 8115 ölüm halı qeydə alınıb. 24 saat ərzində xəstələnənlərin sayı 7 077 nəfər artıb, 144 nəfər ölüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki