Dünyada koronavirusa yoluxanların sayı 307 min nəfəri ötdübackend

Dünyada koronavirusa yoluxanların sayı 307 min nəfəri ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb.

TİA.AZ  xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, hazırda dünya üzrə 307 277 yoluxma halı qeydə alınıb, 92 372 nəfər sağalıb, 13 048 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma Çində qeydə alınıb – 81 345 nəfər. İkinci yeri İtaliya (53 578), üçüncü yerdə ABŞ (26 747) qərarlaşıb.

Koronavirusa görə ən ağır vəziyyətin mövcud olduğu on ölkə sırasına İspaniya (25 496), Almaniya (22 364), İran (20 510), Fransa (14 485), Cənubi Koreya (8 897) və Böyük Britaniya (5 067) daxildir.