Dünyada koronavirusa yoluxanların sayı 26,5 milyona çatırbackend

Dünyada koronavirusa yoluxanların sayı 26,5 milyona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyasına yoluxma ilə bağlı aşkar edilmiş halların sayını açıqlayıb.

Bu barədə TİA.AZ təşkilatın saytına istinadən xəbər verir.

Məlumata görə, dünyada koronavirusa 26,468 milyondan çox yoluxma qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölən pasiyentlərin sayı 871 min nəfəri ötüb.

Təhlükəli virusa ən çox yoluxma Amerika regionunda qeydə alınıb. Bu regionda COVID-19-a 13,856 milyon insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.