Dünyada koronavirusa yoluxanların sayı 216 milyonu ötübbackend

Dünyada koronavirusa yoluxanların sayı 216 milyonu ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 80 mindən çox artıb.

TİA.AZ-ın məlumatına görə, ötən sutka ərzində 80 508 nəfər yeni koronavirusa yoluxub, 1 572 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 216 703 407, ölənlərin isə 4 506 712 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 39 612 986 nəfər. Siyahıda daha sonra Hindistan (32 694 188), Braziliya (20 728 605), Rusiya (6 863 541), Fransa (6 728 858), Britaniya (6 698 486), Argentina (5 171 458), Kolumbiya (4 903 304), İran (4 895 448), İspaniya (4 831 809) və İtaliya (4 524 292) gəlir.