Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 750 mini ötdübackend

Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 750 mini ötdü

Dünyada koronavirusdan 757 963 nəfər sağalıb, 192 207 nəfər isə virusdan ölüb.

TİA.AZ xəbər verir ki, indiyədək 2 750 877 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (886 709), İspaniya (219 764) və İtaliyada (189 973) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 101 790 nəfər yoluxub, 2 491 nəfər ölüb. İranda isə 88 194 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 574 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 24-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 592-dır. İndiyədək ölkəmizdə 21 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az