Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdübackend

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların sayı artıb.

TİA.AZ xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikasını aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.

Qeyd edilir ki, virusa 200-dən çox ölkədə demək olar, 88 min insan yoluxub.

Koronavirusa ən çox yoluxma ABŞ-da aşkarlanıb. Son məlumatlara görə, Birləşmiş Ştatlarda COVID-19 yoluxma ilə bağlı 424 945 hal qeydə alınıb. Daha əvvəl bildirilirdi ki, ABŞ-da koronavirusa qurbanlarının sayı 14 min nəfəri ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki