Tribuna İnformasiya Agentliyi

Dünyada kiçik ölçülü evlər dəbə minir – səbəb

12 Mart

Kiçikhəcmli evlərdə yaşamağın üstünlükləri və dünyanın ən əsrarəngiz kiçik evləri

Biz azərbaycanlılara elə gəlir ki, evin, maşının böyüyü ən yaxşısı deməkdir. Düzdür, ev alanda otaqların sayına, ümumi yaşayış sahəsinin böyüklüyünə xüsusi diqqət edirik. Maşın alanda səhvə yol verənlər üstünlük təşkil edir. İrihəcmli, böyük motorlu maşınlar bir çox hallarda əlavə məsrəf, əziyyət olaraq insanlara geri qayıdır. Parkinq çətinliyi, benzin məsrəfləri və sair.

Amma indi modern dünya evin və maşının həcmcə kiçik olanına daha çox əhəmiyyət verir. Bu, müasir iqtisadi şərtlər daxilində daha əlverişli sayılır. “Yeni Müsavat” dünyada yeni dəbə çevrilən kiçik evlərin bilinməyən tərəflərini işıqlandırır.

Həddən artıq kiçik evlər ABŞ-da get-gedə yayılan bir tətbiqetməyə çevrilir. Son on ildə bir çox fərqli materialdan hazırlanan və müxtəlif konseptlərlər varedilən kiçik evlər, müəyyən bir kəsimi xoşbəxt edərkən, başqa bir qismi narahat edir. Baxmayaraq ki, bu qədər kiçik həyat sahələrinin normala çevrilməsinin, kifayətsiz sahəyə sahib məkanların hazırlanmasının uyğun olmayacağı müdafiə edilir.

Dünyanın bir çox fərqli şəhərində inşa edilən kiçik evlər radikal bir dəyişiklik kimi görünür. Başqa bir tərəfdən isə yaşayış sahəsi böhranının yaşandığı və qonaqların azaldığı şərtlərdə aşağı maliyyəli kiçik evlər yaxşı bir çıxış yolu kimi də qiymətləndirilə bilər. Bəs iki kiçik evin birləşməsindən yaradılan bir ev yetərincə böyük sayılırmı?

“Ohana Tiny House”: Yapışıq iki kiçik ev. Görünən odur ki, artıq bir çox ailə, ya da cütlük bu kiçik evlərdən sifariş verir. Lego blokları kimi birləşdirilən evlər ayrılmaq istəməyən ailələr üçün ideal bir yaşayış sahəsinə çevrilib. Daşınmaz əmlak və torpaq sahəsi qiymətlərindəki artımın olduğu bir dönəmdə daha qənaətcil şərtlər daxilində yaşamaq üçün ilginc çıxış yolları axtarmaq lazım gəlir.

Daha minimalist olan və aşağı karbon ayaq izi ilə diqqət çəkən kiçik evlər, yeni konseptlerin yaranmasına da imkan yaradır. Məsələn, Portuqaliyada yer alan bir yapışıq ev dörd nəfərlik bir ailəni saxlamaq üçün hazırlanıb.

Havayda ailə mənasına gələn Ohana sözü ilə səsləşən bu yapışıq iki kiçik evin hazırlanması Viva Collective heyətindən olan Brian Crabba aiddir. 7.5 kvadrat metrlik evlər, incə bir dizayn sayəsində yaşana biləcək bir yuvaya çevrilmiş vəziyyətdədir. Hər biri 55 kvadrat metr sahəyə sahib olan Ohana Tiny House, ekoloji cəhətləri ilə diqqət çəkir.

Kiçik maliyyə və ideal dizaynla arzuya çatmaq

İki kabinədən birində valideynlərin yataq otağı ilə birlikdə hamam və mətbəx yer alır. Digər kabinədə isə geniş bir salon, bir çox saxlama yeri ilə birlikdə uşaqların yataq otağı yerləşir. Kabinələrin birləşmə nöqtəsində yer alan günəşlik evin daha aydın və işıqlı olmasına yardım edən faktorlardan biri kimi diqqət çəkir.

Daxili və xarici məkanı birləşdirən pəncərə və günəşlik kimi açıqlıqlar, kiçik evlərin ən vacib özəlliyi sayılır. Yapışıq evlərin sahibi Clayton Hanchett, evin yaxşı dizayn edilmiş məkanları ilə birlikdə belə detalların təbiətlə yenidən əlaqə qurmasına yardım etdiyini vurğulayıb. Böyük, geniş, çoxmərtəbəli mülklərin ideal bir həyat tərzi oıaraq təqdim edilməsinə baxmayaraq, belə dizaynlar da gözəl bir yuvaya çevrilmənin mümkün ola biləcəyi faktını ortaya qoyur. İdeal bir dizayn toxunuşu ilə kiçik bir evdə yaşamaq heç də çətin deyil əslində. Əksinə, böyük bir zövqdür.

Dünyanın ən gözəl kiçik evləri bu ölkələrdədir

Hər nə qədər saray kimi böyük evlər insanın xəyallarını bəzəsə də, kiçik və şirin evlər bir çox cəhətdən daha üstündür. Böyük evlər həmişə daha yaxşı olmur. Kiçik evlər insanların hərəkətlərini asanlaşdırır, elektrik, su kimi ehtiyaclara qənaət edir və ən əsası, ev işləri daha az olur.

Amma təbii ki, belə evlər zövqlərə və rənglərə görə dəyişir, insanların bəyəndiyi və seçdiyi ev modelləri fərqli-fərqli olur. Ancaq bu məqaləmizdə kiçik ev sevənlər üçün dünyanın dörd bir yanından qəribə və bir o qədər də gözəl kiçik ev modellərinin siyahısını təqdim edəcəyik.

Kiçik səyyah ev

Bu kiçik ev Rachel Ross tərəfindən 8 min dollar xərcində olan bir vəsaitdən inşa edilib. Nağıllardakı antikvar evlərə bənzəyən bu kiçik ev ilham gəlməsi üçün yazarın geri dönüşü məqsədilə istifadə edilib. Başqa bir kiçik ev isə 45 ildir Serbiyada bir qayanın üzərində yerləşir.

Pittoresque Fafe Dağlarında olan Daş Ev – dörd böyük qaya arasında inşa edilmiş bu köntöy ev bir üzmə hovuzu ilə təchiz edilib.

Steve Aree 9000 dollar büdcə ilə yorulmaq bilmədən çalışaraq 6 həftə sonra Taylandda özünə bu “yuxu evini” inşa ediB. Ev tamamilə təbii vəsaitlərdən hazırlanıb.

Memar Dymitr Malxew tərəfindən hazırlanan “Floating House” üzən bir evdir. Memar Terunobu Fujimori tərəfindən hazırlanan bu fantaziyalı ev olan “Hokuto City” Yaponiyada yerləşir.

Fotoqrafçı Simon Dale Hobbit evinə meşədə bir torpaq almaq üçün 5000 $ xərclədi və bu evi tikmək üçün meşədə 4 ay vaxt keçirib. Ev üçün dəmir-dümür, taxta, divarlar üçün əhəng, gips (sement yerinə), quru daş divarlar, bir kompost, güc üçün Günəş panelləri istifadə etmiş bu ev tam bir ətraf dostudur. Çöldən bir zibil yığını kimi görünsə də, içinə baxdığınız zaman nə qədər müasir olduğuna təəccüb edəcəksiniz. Olduqca yenilikçi və davamlı bir alternativ olan bu ev ətrafa tikinti təsiri belə etmir.

Dünyanın ən kiçik evi astronomik məbləğə satılır?

Kim sahəsi 17,5 kvadratmetrlik miniatür evi 500 min dollara almaq istəyər? Yəqin düşünürsüz ki, bu qiymətə belə bir kiçik daxmaya pul verən insan ağılsızdır. Bunu deməklə artıq səhvə yol vermisiniz. Dünyanın ən kiçik və bahalı evinin satılması elanı internetdə yerləşdirildiyi andan etibarən alıcılar onunla maraqlanmağa başlayıblar.

Miniatür ev Londonun şimalında, İslinqton şəhərində yerləşir. Evə daxil olarkən sizi ilk olaraq mətbəx “qarşılayır”. Yataq otağına keçmək üçün siz mətbəxdən keçən nərdivanla yuxarı qalxmalısınız. Ev öz görkəminə görə qarajı xatırladır. Lakin bu balaca mənzildə də bütün əşya və şkaflar səliqə ilə düzülüb.

Amma biz azərbaycanlıların həyatı daha çox kiçik evlərdə keçib. Uzun illər adına “Xruşovka” dediyimiz kiçik mənzillərdə yaşayan bizlər üçün praktik məsləhətlər mərhələsi artıq geridə qalıb. Bilirsiniz, bu evlər Sovet İttifaqında 60-cı illərdə, Nikita Xruşovun hakimiyyəti dövründə tikilməyə başlanıb. “Xruşovka” sovet memarlığının rəmzi, özü də mənfi rəmzidir. Bu, balaca mətbəxi və alçaq tavanı olan bapbalaca evdir.

Çox az adam xatırlayır ki, “Xruşovka”lar minlərlə insanın kommunal mənzil və zirzəmilərin dözülməz şəraitindən xilası üçün tikilirdi. Bu cür evlər əldə edən xanımlar sevinirdilər ki, artıq soyuducunu qıfıla bağlamaq və bir neçə ailə ilə birlikdə bir ayaqyolundan istifadə etmək lazım olmayacaq.

Divar kağızları açıq rəngdədirsə, ev geniş görünür?

Bu, xruşovka sahiblərinin ən əsas stereotipidir ki, açıq rəngli divar kağızı vurulsa, otaq iki dəfə daha böyük görünəcək. Əlbəttə ki, açıq tonlar vizual olaraq məkanı böyük göstərir, amma 12 metr sahəsi olan otağın ağ divarların sayəsində kvadrat metrələri artmayacaq. Otağı lazımsız mebellə doldurmamaq daha vacibdir. Rəng seçərkən isə özünüzə heç bir məhdudiyyət qoymayın.

Az əşya, kiçik mebellər

Bu da səhvdir. Narahat cırtdan dolablar, dar divanlar və balaca masalar mənzili böyütmür. Siz otaqda artıq bir addım ata bilərsiz, amma bununla yanaşı da qab-qacağı qoymağa yeriniz olmayacaq, masa arxasında oturmaq və uzanmaq narahat olacaq. Və yeri gəlmişkən, bütün otağı tutan çarpayı həm gözəl görünür, həm də rahatlıq gətirir. Yataq otağında addım atmağa yer olmasa da olar.

Çılçıraqlar UZUN olanda ev kiçik görünür?

Xruşovka sahibləri hesab edir ki, hündürlüyü 20 santimetrdən çox olan istənilən lüstra artıq onlarlıq deyil, çünki başın ona dəyə bilər. Tavan çox alçaqdır. Bu da evdə tavana yapışan eybəcər sprutların peyda olunmasına gətirib çıxarır. Amma siz bu stereotipdən azad olunsaz, sizin mağazada daha böyük seçim etmək imkanınız olacaq. Düz lüstranın altından keçmək nəyə lazımdır ki? Axı siz başqa mebeli yan keçirsiz. O isə daha çox yer tutur.

Dolabların sayı artarsa, əşyalara yer tapılar və…

Rahat ab-havanı qəşəng pərdələr, xalçalar, divardakı şəkillər və işıqlandırma verir. Əgər bu 4 elementi tamamilə boş otaqda yerləşdirsək, heykəlcik, kiçik vazalar və suvenirlərlə dolu evdən daha qəşəng görünəcək. Dolabın üstündə və rəflərdə duran hər şey eyni üslubda olmalıdır. Gözə çarpan yerdə onları hədiyyə edən insanlara hörmət əlaməti olaraq duran vazalara isə boykot elan edib, onları gizlədin.

Hər bir xanımın ilk sualı budur – ilahi, əşyalarımı hara qoyacam? “Xruşovka”da nə kladovka, nə çardaq, nə də zirzəmi var, dərhal çoxlu dolab sifariş etməyin gəlir, onlar da çoxlu yer tutur. Bəs onda nə etməli?

Birincisi, fantaziyazınızı işlədin. Alışdığımız sxemlərə riayət etmək mütləq deyil. Mətbəx mebeli mətbəxin bütün divarları boyu uzanmalıdır? Niyə? Texniki baxımdan mətbəx mebeli sadəcə, qab saxlamaq yeridir. Bu, tavanın altından asılan açıq rəflər, həm divarın içində rəflər, həm də hündür dolab ola bilər və döşəmə üstü və asma dolablardan ibarər standart “seksiyalar almağa heç bir ehtiyac yoxdur. Paltarı puf sandıqlarda saxlamaq olar, elə divanı da alanda içində saxlama yeri olanı seçmək daha yaxşıdır.

İkincisi, dolabın sayı az deyil, əşyalar çoxdur. Kiçik mənzil sizin üçün artıq və tamamilə lazımsız şeylərdən birfəfəlik azad olmaq, bankalarda paslanmış mismar saxlamağa son qoymaq və köhnə rəngi qaçmış pərdələri atmaq üçün unikal şansdır. Sizə həqiqətən də lazım olanları siz istifadə edirsiz. Qalanlarını yoxsullara paylayın – ürəyiniz də rahat olacaq, evdə də rahat nəfəs ala biləcəksiz.

Sevinc TELMANQIZI,