Tribuna İnformasiya Agentliyi

Dünyada ilk: plastik yollar çəkilir (FOTO,VİDEO)

10 İyun
Hollandiyanın Zvolle şəhərində təkrar istehsala göndərilən plastikdən velosiped yollarının çəkilişinə başlanılacaq.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, “PlasticRoad” adı verilən layihə sentyabr ayında tamamlanacaq və il sonuna qədər Zvolledə daha bir plastik yol velosürücülərin ixtiyarına veriləcək. Ətraf mühitin təmizliyinin qorunması ilə yanaşı, yolun özəlliyi həmçinin onun daşınabilən olmasıdır.
Qeyd edək ki, bu Hollandiyada ilk belə layihə deyil. Belə ki, 4 il öncə də Krommenie qəsəbəsində günəş panellərindən hazırlanmış və elektrik istehsal edən velosiped yolu çəkilmişdi.