Dünyada ilk dəfə: Türkiyə polisi “ATAK” hücum vertolyotları ilə silahlanırbackend

Dünyada ilk dəfə: Türkiyə polisi “ATAK” hücum vertolyotları ilə silahlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyənin Polis Təşkilatı milli hərbi sənayenin istehsalı olan “ATAK” hücum vertolyotlarını öz silahlanmasına daxil edib. Virtualaz.org xəbər verir ki, vertolyotları istehsal edən TÜSAŞ şirkətinin zavodunda polis təşkilatına onların təhvil verilməsi mərasimi keçirilib. 

Vertolyotlar 23 millimetrlik avtomatik top, pulemyot və “hava-yer” raketləri ilə təchiz olunub. Dünyada ilk dəfədir ki, polis qüvvələri bu cür hücum-döyüş vertolyotları ilə silahlanır. Bundan əvvəl vertolyotlar Türkiyə ordusunun silahlanmasına daxil edilmişdi

Qeyd edək ki, Azərbaycan da Türkiyədən “ATAK” vertolyotları almağa maraq göstərir. Bəzi məlumatlara görə, artıq müvafiq müqavilələr də bağlanıb.

İndiyədək Türkiyənin Quru Qoşunlarına 50 ədəd, Jandarma Qüvvələrinə isə 6 ədəd “ATAK” T-129 vertolyotları təhvil verilib. Polis Təşkilatı isə 9 belə vertolyot (xüsusi modifikasiya edilmiş) sifariş verib. Ekspertlərə görə, Türkiyə polisinin hücum vertolyotları ilə silahlanması onun terrorla mübarizə imkanlarını xeyli genişləndirəcək.