Dünyada ilk ağ-qara ekranlı və 5G dəstəkli smartfonu təqdim olunubbackend

Dünyada ilk ağ-qara ekranlı və 5G dəstəkli smartfonu təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Hisense” şirkəti bənzərsiz “A7 5G” seriyalı smartfonunu nümayiş etdirib.

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, elektron kağız üzərində olan ekrana malik telefon beşinci nəsil mobil şəbəkələrdə işləyə bilər.

Smartfon monoxrom 6,7 düymlük E Ink displeyə malikdir. Matris dörd rejimdə – artan cavab qabiliyyəti, “e-kitab”, artan kontrast və gecə rejimində işləmək qabiliyyətinə malikdir.

Telefonun yalnız bir – 6 və 128 GB yaddaş, tək kamera, barmaq izi sensoru və 4 770 mAh batareyaya malik versiyası mövcuddur. Çin bazarında cihaz 1 900 yuana (mövcud məzənnə ilə 290,5 ABŞ dolları) təklif olunur.