Dünyada daha bir öldürücü virus yayılıb: Əlamətləri yoxdurbackend

Dünyada daha bir öldürücü virus yayılıb: Əlamətləri yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Heç bir əlaməti olmadan 10 insandan birini öldürən virus aşkarlanıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən qorxulu viruslarından biri olan Qərbi Nil Virusu Yunanıstanda 11 nəfərin ölümünə səbəb olub və Türkiyə sərhədinə çatıb.

Yunanıstanda hər 10 nəfərdən 1 nəfərin ölümünə səbəb olan virus heç bir xüsusi əlaməti olmadığı üçün böyük qorxu yaradır.
Virusla əlaqədar Türkiyəyə “diqqətli olun” xəbərdarlığı edilib. Milçəklər vasitəsilə bulaşan virusun Türkiyədə görünmə ehtimalının artdığını bildirən mütəxəssislər hər ehtimala qarşı xüsusilə Egey sahillərində bataqlıq kimi yerlərdən uzaq durmağı tövsiyə ediblər.