Dünyada daha 10 mindən çox insan təhlükəli virusdan öldübackend

Dünyada daha 10 mindən çox insan təhlükəli virusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 153,18 milyonu ötüb.

TİA.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, mayın 4-də dünyada daha 644 685 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 10 501 nəfər ölüb.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiyanın regionunun payına düşür.

Dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 083 656 nəfərdə COVID-19 aşkarlanıb. Siyahıda sonrakı yerdə Hindistan (20 282 833), Braziliya (14 754 910), Fransa (5 567 300), Türkiyə (4 900 121), Rusiya (4 839 514), Böyük Britaniya (4 421 854), İtaliya (4 050 708), İspaniya (3 514 942), Almaniya (3 433 516), Argentina (3 005 259) və Kolumbiya (2 893 655) qərarlaşıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.