Dünyada COVID-19-dan ölənlərin sayı 600 mini, sağalanların sayı isə 8,5 milyonu ötdübackend

Dünyada COVID-19-dan ölənlərin sayı 600 mini, sağalanların sayı isə 8,5 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusdan ölənlərin sayı 600 304-ə, sağalanların sayı isə 8 501 026-ya çatıb.

TİA.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dünyada 5 129 443 aktiv koronavirus xəstəsi var.

Məlumata görə, indiyədək qeydə alınan yoluxma hallarının sayı 14 230 773-dür. Beləliklə, yoluxma hallarının yalnız 7%-i ölümlə, 93%-i isə sağalma ilə sonuclanıb.

İyulun 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 26 636 yoluxma faktı qeydə alınıb. Onlardan 17 805 nəfəri sağalıb, 341 nəfər isə ölüb. Hazırda ölkədə 8 490 aktiv koronavirus xəstəsi var.