Dünyada COVID-19-dan ölənlərin sayı 3,5 milyonu ötdübackend

Dünyada COVID-19-dan ölənlərin sayı 3,5 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyada son bir gündə koronavirusa 545 mindən çox yoluxma qeydə alınıb.
TİA.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 545 102 hal qeydə alınıb, COVID-19-dan 12 406 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 168 599 045, ölüm hallarının sayı 3 507 477 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 869 009 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (27 555 457) və Braziliya (16 274 695)) gəlir.