Dünyada COVID-19-a yoluxanların sayı 19 milyonu ötdübackend

Dünyada COVID-19-a yoluxanların sayı 19 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirus xəstələrinin ümumi sayı 19 milyonu ötüb.

TİA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Conc Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ yoluxma sayında liderliyini saxlayır. Birləşmiş Ştatlarda COVID-19-a demək olar 4,9 milyon yoluxma qeydə alınıb.

Pandemiya ərzində dünyada təxminən 712,5 min insan təhlükəli infeksiyadan ölüb. Onlardan 160 mindən çox ABŞ-ın payına düşür.