Dünyada acların sayı artıbbackend

Dünyada acların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənəzzüldən sonra dünyada aclıq göstəricisi yenidən artmağa başlayıb.

TİA.AZ  xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına əsasən, dünyada 815 milyon insan aclıqdan əziyyət çəkir.

Onlardan 60 faizi qadınlardır. Münaqişələr, iqlim dəyişikliyi ilə bağlı ekstremal hava şəraiti, iqtisadi inkişafın yavaşlaması, eləcə də, piylənmənin sürətlənməsi aclıq və qidalanma ilə mübarizə sahəsində irəliləyişləri geridə qoyur.

O da bildirilir ki, dünyada ehtiyacı olanların 80 faizi kənd təsərrüfatı, balıqçılıq və meşə sahələri olan ərazilərdə məskunlaşıb:

“Hökumətlər kənd təsərrüfatında özəl sektorun investisiyalarının artırılmasına, həssas qruplar üçün sosial müdafiə proqramlarının genişləndirilməsinə, həmçinin şəhərlərin qida istehsalçıları ilə əlaqələrinə imkan yaratmalıdırlar”.

Qeyd olunur ki, uşaq ölümünün 45 faizi yetərli qidalanmamaqdan qaynaqlanır. 1.9 milyard insan – dünya əhalisinin dörddə birindən çoxu artıq kiloya sahibdir. Onlardan 600 milyon nəfəri piylənmədən əziyyət çəkir. İldə 3,4 milyon insan artıq çəkidən və piylənmədən dünyasını dəyişir.