Tribuna İnformasiya Agentliyi

Dünyaca məşhur hakkerlər – Pulsuz danışıq, ilk virus, minyonlarla pul… – FOTOLAR

19 Fevral

Hakkerlər  proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompüter texnologiyalarının təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir.

Minval.info bu dəfə sizə dünyanın məşhur hakkerlərindən məlumat verəcək.

Hakker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlib.

1970-80 -ci illərdə kompüter texnologiyası o qədər inkişaf etmişdi ki, artıq onlardan evdə və ofisdə fərdi halda istifadə etmək olurdu. Kompüter istifadəçiləri artdıqca qeyri-adi və sirli qruplar yaranmağa başladı. Haker terminindən ilk dəfə 1983-cü ildə «Newsweek» jurnalı istifadə edib. Jurnal xakerləri belə təqdim edirdi: «onların qeyri-adi ağıllıları var». Hakerlər kompüterin

 

«daxilinə» nüfuz edərək təhlükəsizlik xidmətini keçir, hətta FTB (Federal Təhlükəsizlik Bürosu) üçün təhlükə yaradırlar.

”Frikerlərin atası”Con Dreyper

Bir çox hakerlər kompyuter tarixində silinməz iz qoyaraq bu işə yeni başlayanların kumirinə çevriliblər. «Kompyuter allahları»ndan ən məşhuru, şübhəsiz ki, “Cap’n Crunch”  adı ilə məşhur olan Con Dreyper olub.

O, ləqəbini şirin, yeməli pambıqdan götürüb. Belə ki, uşaqları cəlb etmək üçün içinə fit qoyurdular.

Dreyper fikir verir ki, bu fitlərdən gələn səslər telefonla uzaq məsafələrlə danışılan səslərə oxşayır.

Capn Crunch qərara gəlir ki, fitlərdən istifadə edərək telefon danışıqlarını pulsuz etsin. Yəqin ki, Con haker kimi məşhurlaşmağında uşaq oyuncağına minnətdar olmalıdı.

Cobs və Voznyak da Con Dreyper kimi telefon danışıqlarını pulsuz etmək üçün «Blue Box» (mavi qutu) yaratdılar.

Hətta bir dəfə Voznyak «Blue Box»dan istifadə edərək Vatikana zəng edib Roma Papası ilə danışıb, günahlarının bağışlanmasını istəyib.

Kevin Mitnik hələ 17 yaşında olarkən telefon danışıqlarını özü istədiyi kimi yönəldə bilirdi. Mitnik ən böyük uğuruna 1983-cü ildə Pentaqonun təhlükəsizlik kompüterinə daxil olaraq imza atıb.

O, qanunsuz olaraq informasiya götürdüyünə görə həbs olunur. Azadlığa çıxandan sonra VMX kompüterlərin hazırlanmasını öyrənmək üçün DEC şirkətinin sisteminə daxil olur. Ona bu işdə dostu Lenni DiSakko kömək edirdi.

Bu zaman Kevin hər şeyi nəzərə almışdı, dostundan başqa… Bir dəfə Mitnik dostu ilə zarafat edir. Lakin Lenni bunun zarafat olduğunu anlamayaraq Kevindən qisas almaq istəyir. O, FTB-yə zəng edərək DEC şirkətinin sisteminə daxil olan hakeri tanıdığını deyir. Və Mitniki yenə də həbs edirlər. Bundan əlavə məhkəmə onu 200 min dollar məbləğində cərimə edir. Hazırda o, «Mitnick Security Consulting” təhlükəsizlik şirkətinin sahibidir.

Adrian Lamonun fərasətindən isə Microsoft, Yahoo!, New York Times, AOL, Sun Microsystems, Cingular və McDonalds kimi şirkətlər əziyyət çəkib. Lamo da təhlükəsizlik sistemlərini çox asanlıqla keçirdi.

Hətta bir dəfə NBC kanalında qonaq olan Adriana verlişi aparan jurnalist istedadını canlı efirdə göstərməyi təklif edib. Heç 5 dəqiqə keçmir ki, haker elə telekompaniyanın özünün təhlükəsizlik sisteminə daxil olur.

Bir neçə ildən sonra hakerlərin yeni «nəsilləri» meydana gəldi. Onları klassik hakerlərdən fərqləndirən əsas cəhət sistemlərə virus buraxmaları idi.

İnternet virusun ilk yaradıcısı Tappan Morris hesab olunur. Antiviruslar yaranandan sonra o, virusun sürətini çıxardaraq kompüteri aldadırdı.

Bu zaman Morrisin virusu bir neçə saat ərzində yüzlərlə kompüteri məhv etdi.

Virusu məhv etmək üçün günlərlə vaxt tələb olundu. Şirkətlərə vurduğu ziyana görə, Morris 400 gün ictimai iş və 10050 dollar məbləğində cərimə olundu.

“102-ci adam axtarışdadır”

Los Ancels radio stansiyalarının birində “102-ci adam axtarışdadır” adlı  viktorina keçirilir.  Verlişə 102-ci zəng edən adam yarışın qalibi təyin  edilməli idi.  Kevin Poulsen telefon xətlərini bağlayır.

Belə ki, radioya ondan başqa heç kəs zəng edə bilmirdi. Kevin «təsadüfən» 102-ci adam olur və hədiyyəni qazanır.

Onun qalib gəlməsindən şübhələnən FTB Poulsenin axtarışına başlayır. 17 aydan sonra haker həbs olunaraq 4 il azadlıqdan məhrum edilir.

Bu qərar çox böyük səs-küyə səbəb oldu. Çünki hələ hakerliyə görə bu qədər sərt cəza verilməmişdi.