access_time Dərc olunub: 10:43
Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək.


TİA.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər.

Qeyd edək ki, Monqolustanda prezident seçkiləri 7-ci dəfə keçirilir, seçkilərdə parlamentdə təmsil olunan ən böyük partiyalarından 3 namizəd iştirak edir.

Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.

Şərhlər