access_time Dərc olunub: 11:51
İSRAİL TÜRKİYƏYƏ 20 MİLYON DOLLAR ÖDƏDİ

İsrail “Mavi Mərmərə” bərəsində həlak olan fəalların ailələrinə 20 milyon dollar ödəyib


TİA.AZ xəbər verir ki, 2010-ci il mayın sonunda  “Mavi Mərmərə” bərəsində həlak olan  İHH (İnsan Hak və Hürriyetleri) Humanitar Yardım Təşkilatı fəallarının ailələrinə təzminat ödənilməsi prosesini başa çatdırıb, Kompensasiya məbləği 20 milyon dollar təşkil edib. “Walla” xəbər verir ki, ödənişləri doqquz ay ərzində ödənilib.

Xatırladaq ki, İsrail - Türkiyə müqaviləsi çərçivəsində İsrail kompensasiya qismində göstərilən məbləği ödəməyə razılaşıb, Türkiyə isə İsrailin vəzifəli şəxslərə qarşı qaldırılan bütün şikayətlərini geri çağrılmasını vəd edib.

 Sentyabrın sonlarında İsrail tərəfi ilk dəfə Türkiyənin Ədliyyə Nazirliyinin hesabına pul ödəyib.

 Müqavilə 2016-ci il avqustun ikinci yarısında İsrail və Türkiyə arasında münasibətlərin bərpası barədə Türkiyə parlamenti və prezidenti tərəfindən ratifikasiya olunub.


İlahə

Şərhlər