access_time Dərc olunub: 11:20
İsrail kəşfiyyatı İŞİD-in qorxunc planını İFŞA ETDİ

Amerika kəşfiyyatı israilli həmkarlarının köməyi ilə İŞİD terror qruplaşmasının planlarından xəbər tutub.


TİA.AZ Nyu York Tayms” nəşrinə istinadən xəbər verir ki, söhbət noutbuklardan bomba kimi istifadə etməklə təyyarələrin partladılması planlarından gedir.


Nəşr Amerika nümayəndələrinə istinadən qeyd edir ki, İsrailin kibertəhlükəsizlik sahəsində mütəxəssisləri bir neçə ay əvvəl Suriyada partlayıcı qurğuların hazırlanması üzrə kiçik qrupa sızıblar.

“Beləliklə, ABŞ öyrəndi ki, terrorçular partlayıcı qurğular hazırlayırlar. Partlayıcı qurğular noutbuklarda batareyalar kimi görünürdü və bu, aeroportlarda yoxlama sistemləri aldada bilərdi”, - materialda deyilir.

Nəşr qeyd edir ki, bu informasiya əhalisi əsasən müsəlman olan 8 ölkənin 10 aeroportundan ABŞ-a təyyarə reyslərinin sərnişinlərinə əl baqajında iri elektron cihazlarının daşınmasının qadağan edilməsinə gətirib çıxarmışdı.

Oxsar xəbərlər

access_time 16:59 MOSSAD Trampdan QİSAS ALIR

access_time 15:04 Bağdadi Mosuldan qaçdı

Şərhlər