access_time Dərc olunub: 16:57
"İsrailin əbədi paytaxtı oradır" – Netanyahu

Qüds yəhudilərin və İsrailin əbədi paytaxtıdır.


TİA.AZ xəbər verir ki, bunu Likud Partiyasının toplantısında çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib.

“Amerika da daxil olmaqla, bütün səfirliklər Qüdsə köçürülməlidir. Onların olması gərəkən yer məhz Qüdsdür”, – deyə o bildirib.

Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.

Şərhlər