access_time Dərc olunub: 17:26
QƏBİRSTANLIQDA TERROR

TİA.AZ  “Rusiya 24" kanalına istinadən xəbər verir ki, Dəməşqdə törədilən iki terror aktı nəticəsində 33 nəfər ölüb. Daha qırx nəfər yaralanıb. Partlayışlar şiə din xadimlərinin uyuduğu qəbirstanlıqda baş verib.


Martın 11-da səhər zəvvarlar İrandan ora gəlmişdilər. Yəqin ki, hücum onlara qarşı yönəlib. İlkin məlumatlara görə, əldəqayırma partlayıcı qurğular bilavasitə qəbiristanlığın girişinin qarşısında qurulub.


İlahə

Şərhlər