access_time Dərc olunub: 09:41
Avropa İttifaqı İsrailə qarşı çıxdı

Avropa İttifaqı (Aİ) İsrail hökumətinin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yüzlərlə yeni yaşayış evinin tikintisi barədə qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu hesab edir.

TİA.AZ "Report"a istinadən bildirir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı press-relizdə qeyd olunur.

"Yaşayış məskənlərinin genişləndirilməsinin davam etdirilməsi, beynəlxalq hüquq baxımından qanunsuzdur. Çünki o BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə ziddir, Aİ-nin çox illik siyasətinin, həmçinin "Yaxın Şərq dördlüyü"nün (Rusiya, ABŞ, Aİ və BMT) tövsiyələrinin ziddinə gedir", - deyə məlumatda bildirilir.
Bir müddət əvvəl İsrail hökuməti İordan çayının Qərb sahilində 2,5 min ədəd mənzil tikintisinə icazə verib.

Şərhlər