access_time Dərc olunub: 12:22
İsrail İranın hərbi bazasını darmadağın etdi - Şok

İsrail Suriyada İranın hərbi bazasına aviazərbə endirib.


TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı “Haaretz” qəzeti yayıb. Qəzetin iddiasına görə, zərbənin endirildiyi baza paytaxt Dəməşqin 13 kilometrliyindəki Əl Kisva bölgəsində yerləşib. İsrail təyyarələrinin bazaya zərbə endirmək üçün Livan hava məkanından Suriyaya girdikləri bildirilib.

Aviazərbələr nəticəsində bazada güclü partlayış baş verib. Bu hücumdan sonra Suriya Hava Hücumundan Müdafiə Qüvvələri İsrail təyyarələrinə raketlərlə cavab verib.

Qeyd edək ki, hələlik nə Suriya, nə İran, nə də İsrail rəsmiləri məsələ ilə bağlı açıqlama veriblər.

Bundan öncə BBC məhz Əl Kisva bölgəsində İranın öz hərbi bazasını inşa etdiyi haqqında məlumat yaymışdı.

Şərhlər