access_time Dərc olunub: 18:27
İlümjinovun FİDE prezidenti səlahiyyətləri əlindən alındı

Kirsan İlümjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti səlahiyyətlərini əldən verib. 

TİA.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə FİDE İcraiyyə Komitəsinin Türkiyənin Antalya şəhərindəki Konqresində qərar qəbul olunub.

Toplantıda İlümjinovun səlahiyyətlərinin onun müavini Georgios Makropulosa ötürülməsi yekdilliklə təsdiqlənib. Eyni zamanda, ondan 2018-ci ilin sentyabrında Bakıda keçiriləcək seçkidə namizədliyini irəli sürməməsi tələb olunub. İcraiyyə Komitəsi üzvlərindən 37-si qərarın lehinə, 20-si əleyhinə səs verib.

Qeyd edək ki, Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edib. 

Şərhlər