access_time Dərc olunub: 12:21
Məşhur futbolçu boşandı

Məşhur rusiyalı futbolçu Andrey Arşavin həyat yoldaşı ilə boşanıb.

Qol.az-ın “sports.ru”ya istinadən yaydığı xəbərə görə, bu barədə 36 yaşlı hücumçunun keçmiş xanımı Alisa Kazmina açıqlama verib.

Kazmina, Arşavinin ona xəyanət etdiyi üçün ayrılmaq qərarını verdiyini deyob: “Xəyanəti bağışlaya bilməzdim. Daha onunla birlikdə yaşamaq istəmirəm. Hamı mənə yazırdı ki, o, məni təkr edəcək, ancaq mən onu tərk etdim.

Üç uşaqla tərk etmək hər kəsə qəribə gəlir, ancaq mənim bir tanışım bu yaxınlarda 4 uşaqla yenidən ərə getdi”.

Qeyd edək ki, 2012-ci ildən birlikdə olan cütlük 2016-cı ildə rəsmi nigah bağlayıblar.

Şərhlər