access_time Dərc olunub: 09:42
İraqda partlayış: 11 ölü, 15 yaralı

İraqın Hit şəhərində kafedə partlayış baş verib.

TİA.AZ-ın "İnterfax"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 11 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Məlumata əsasən, partlayışı törədən terrorçu-kamikadze olub. Bütün ölənlər və yaralananlar mülki şəxslər olub.

Şərhlər