access_time Dərc olunub: 14:37
Yerə nəhəng asteroid yaxınlaşır – 3 gün sonra...

Oktyabrın 12-də Yer kürəsinə nəhəng asteroid düşəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə Texas Universitetinin astronomu Cudit Ris çıxış edib. Onun sözlərinə görə, nəhəng göy cismi - 2012 TC4-ün diametri 40 metrə çatır, yəni 2013-cü ildə Yerə düşən Çelyabinsk meteoritindən iki dəfə böyükdür. Cudit Ris əmindir ki, asteroidin Yerlə toqquşması nəticəsində bir çox insanın ölümünə səbəb olacaq proseslər başlayacaq.

O, həmçinin, bu asteroidin güclü zəlzələlərə, vulkan püskürməsinə də səbəb ola biləcəyini söyləyib.

Lakin NASA-nın fikrincə, 2012 TC4 asteroidin Yerlə toqquşma şansı sıfra bərabərdir.

Şərhlər